İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində arabir buludluluğun artacağı, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Bakıda və Abşeronda gecə temperaturu 16-19°, gündüz isə 20-23° isti olacaq.
Rayonlarda yağış, dağlıq ərazilərdə leysan gözlənilir
Ölkənin bəzi rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi ərazilərdə yağıntıların qısamüddətli, intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağması da mümkündür.
Rayonlarda gecə 16-20°, gündüz 23-28° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti gözlənilir.
