İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xəzər dənizinin Azərbaycanın nəzarətində olan hissəsində narkotik vasitə və sintetik tor aşkarlanaraq götürülüb.
Dövlət Sərhəd Xidmətindən “Report”a verilən məlumata görə, hadisə Lənkəran reydində, sahildən 20 dəniz mili məsafədə qeydə alınıb.
Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin birgə fəaliyyəti nəticəsində ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, eləcə də bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
