İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i təsdiqləyib.
Saziş iki ölkə arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyənləşdirir.
Sənəd 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanıb. Saziş Azərbaycan və Qırğızıstan arasında beynəlxalq avtomobil daşımalarının, o cümlədən sərnişin və yük daşımalarının tənzimlənməsini, tranzitin inkişafını və daşıma şərtlərinin sadələşdirilməsini nəzərdə tutur.
