İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyul ayında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) cəbhə xəttində 30 272 rusiyalı hərbçini zərərsizləşdirdiyini açıqlayıb.
Onun sözlərinə görə, qeyd olunan rəqəmlərə yalnız videolarda açıq şəkildə təsdiqlənən itkilər daxildir. Zelenski bildirib ki, müasir müharibədə dronların rolu həlledici səviyyəyə çatıb və bir çox hallarda düşmən qüvvələrinin məhv edilməsində əsas vasitə kimi çıxış edir.
Ukrayna tərəfi iddia edir ki, əldə olunan görüntülər hər bir zərbənin ayrıca təsdiqini təmin edir və itkilərin real sayını əks etdirir. Bundan əvvəl də rəsmi Kiyev aylıq on minlərlə rus hərbçisinin öldürüldüyünü və bu məlumatların video sübutlara əsaslandığını bəyan etmişdi
