Mütəxəssis yarışın Bakıda təşkil olunmasını ölkə futbolu üçün böyük nailiyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, belə turnirlər həm gənc futbolçuların, həm də məşqçilərin təcrübə qazanmasına şərait yaradır.
Rəşad Abdullayev Azərbaycan millisinin çıxışına da münasibət bildirib. O, komandanın oyunlarda yaxşı təsir bağışladığını, son görüşdə İsrail yığmasını məğlub etdiyini vurğulayıb. Mütəxəssis Avstraliyaya qarşı məğlubiyyətə baxmayaraq, bu cür yarışların Azərbaycan futbolunun inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.
Baş məşqçi turnirin ölkədə müasir futbol meydançalarının yaradılması baxımından da əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, U-15 millimiz qrup mərhələsində Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Azərbaycan komandası Avstraliya yığmasına 1:3 hesabı ilə uduzub.
Oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final qarşılaşması isə Bakı Kristal Zalında təşkil olunacaq.
