Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan arasında mövcud olan münasibətlər Mərkəzi Asiya və Qafqaz regionlarında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və vahid mədəni irs hər iki xalqı bir-birinə daha da yaxınlaşdırır.
İşmatbekov iki xalqın mənəvi ənənələrinin əsrlərə söykənən ortaq köklərə malik olduğunu vurğulayıb.
O qeyd edib ki, Əhməd Yasəvi, Bəhauddin Nəqşbənd və xəlvəti təriqətinin görkəmli nümayəndəsi Seyyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsi türk xalqları arasında dini və mənəvi əlaqələrin tarixən möhkəm olduğunu göstərir.
Sədr müavininin fikrincə, böyük mütəfəkkirlərin mənəvi kamillik, humanizm və əxlaqi dəyərlərlə bağlı düşüncələri bu gün də aktuallığını qoruyur.
