İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi birinci qrupun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.
Bu cütün qalibi final mərhələsində Yunanıstanın PAOK və İsrailin “Hapoel” (Yerusalim) komandaları arasında keçiriləcək oyunun qalibi ilə üz-üzə gələcək. Finalın qalibi isə növbəti – ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal oyunları iyulun 22-də, final qarşılaşması isə iyulun 25-də baş tutacaq.
“Neftçi”nin Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi
Şərh edilməmiş
