Bu axşam futbol həyəcanı pik həddə çatacaq. İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycanın təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ilk oyununda İslandiyanın “Vestri” klubunu qəbul edəcək.
Qarşılaşma bu gün – 9 iyul tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Lakin oyundan öncə diqqət çəkən bir məqam ortaya çıxıb. Baş məşqçi Qurban Qurbanovun UEFA-ya təqdim etdiyi iştirak ərizəsində komandanın yeni transferləri və önəmli oyunçularından olan Joni Montiel, Jeremi Qnali və qapıçı Martin Zlomisliç yer almayıb.
Bu futbolçuların siyahıya daxil edilməməsinin səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu qərarın komandanın oyununa necə təsir edəcəyi və “Qarabağ”ın bu axşam hansı nəticəni əldə edəcəyi azarkeşlər arasında böyük maraq doğurur.
