Məlumata görə, Neftçalanın Xol Qarabucaq kəndindən olan Nizami Qurbanov dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış. O, hadisə günü şəhid olmuş döyüş yoldaşının anım mərasimində iştirak etmək üçün Tovuza gedib.
Anım tədbirindən sonra Tovuz şəhərinin Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Hadisə zamanı Nizami Qurbanov və Ü.Abdullayev bıçaq xəsarətləri alıblar. Qazinin həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü, Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.
Qeyd edək ki, Nizami Qurbanov ailənin yeganə oğul övladı olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam etdirilir.
