İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 27-dən Bakı metrosunun “Həzi Aslanov–İçərişəhər” sahəsində qatarların birbaşa hərəkəti əvvəlki qaydada bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq edilən məkik hərəkət dayandırılıb və qatarlar əvvəlki hərəkət sxeminə qayıdıb.
Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edir.
Qeyd edək ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatının qrunt suları və eroziya nəticəsində sıradan çıxması səbəbindən ərazidə kompleks yenidənqurma işləri aparılıb.
Layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilib. İşlərin əsas məqsədi metro infrastrukturunun müasirləşdirilməsi və sərnişindaşıma təhlükəsizliyinin artırılmasıdır.
