İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya İranda daha səkkiz atom enerji blokunun tikintisi ilə bağlı razılaşma əldə edib.
Bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib. Onun sözlərinə görə, yeni enerji bloklarının inşasına dair müvafiq sənədlər artıq imzalanıb.
Lixaçov bildirib ki, payızda İranın maraqları naminə kiçik enerji bloklarının tikintisi ilə bağlı da saziş imzalanıb.
O, həmçinin qeyd edib ki, İranda yerləşən Buşehr Atom Elektrik Stansiyasının 2 və 3 nömrəli enerji bloklarının tikintisi davam etdirilir.
