Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, Ceyhun Bayramov Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.
