İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan tərəfindən Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yükü çatdırılıb.
Yardım Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 21-də imzaladığı Sərəncama əsasən, Energetika Nazirliyi tərəfindən təşkil olunub.
Ukrayna tərəfinin müraciəti əsasında göndərilən humanitar yükün ümumi dəyəri 1,5 milyon ABŞ dolları, yəni təxminən 2,5 milyon manat təşkil edir.
Yükə 9 transformator, 186 kilometr kabel, 12 kV-luq paylayıcı avadanlıqlar, naqillər və digər elektrik təchizatı vasitələri daxildir.
Avadanlıqların təhvil verilməsi mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, səfirliyin əməkdaşı Pərviz Əsədov və Ukrayna Energetika Nazirliyinin Xarici Əlaqələr Departamentinin rəhbəri Aleksandr Boqdanets iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə humanitar yardımlar göndərib.
