İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adları açıqlanıb.
Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Ombudsman vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, hüquq elmləri doktoru, professor, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Qeyd edək ki, Səbinə Əliyeva 2019-cu ilin noyabr ayından Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini icra edir
