ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların yekunlaşdığını bəyan edib.
İLKİNxeber.az xəbər verir ki, CENTCOM-un sosial şəbəkə hesabında yayılan məlumatda ABŞ qüvvələrinin İranın hərbi müşahidə sistemlərinə, rabitə infrastrukturuna və hava hücumundan müdafiə obyektlərinə zərbələr endirdiyi bildirilib.
Məlumata görə, əməliyyatlarda ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun müxtəlif vasitələrindən istifadə olunub.
Komandanlıq qeyd edib ki, zərbələr İranın bölgədə davam edən fəaliyyətlərinə cavab xarakteri daşıyıb. Bildirilib ki, ABŞ qüvvələri və beynəlxalq dəniz ticarəti üçün təhlükə hesab edilən hədəflər məhv edilib.
Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
ABŞ İrana qarşı əməliyyatları başa çatdırdığını elan etdi.
Şərh edilməmiş
