İspaniyanın Barselona şəhərində həftəsonu baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb. Saxlanılanların 56 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, şəhərin meri Xaume Kolboni “Cadena SER” radiostansiyasının efirində hadisələrin sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında təşkil edildiyini bildirib.
Merin sözlərinə görə, iğtişaşlar nəticəsində şəhər əmlakına ilkin hesablamalara əsasən, 36 min avro məbləğində ziyan dəyib.
Hadisələr zamanı 14 polis əməkdaşı xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Bundan başqa, yanğınsöndürənlərə 33 çağırış daxil olub, ticarət obyektlərinə qarşı 23 vandalizm hadisəsi qeydə alınıb. Polis 68 halda bıçaq, qaz balonu, fişəng, balaklava və digər əşyalar aşkar edib.
