Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Daha sonra Prezident İlham Əliyev diplomatla görüş keçirib.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətləri və iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
