“Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Stüart Attvell olacaq.
Komandalar arasında ilk oyun “Dinamo Kiyev”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” Bakıda bu nəticəni aradan qaldıraraq növbəti mərhələyə yüksəlməyə çalışacaq.
