İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İstanbulda yağan güclü yağış son 76 ilin yağıntı rekordunun qeydə alınmasına səbəb olub.
Yağıntının ən çox qeydə alındığı Beykoz rayonunda hər kvadratmetrə 240 kiloqram yağış düşüb.
Güclü yağışın yaratdığı fəsadlar nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Havanın əlverişsiz keçməsi səbəbindən məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb.
