Rusiyada məhkumluğu olan əcnəbilərə vətəndaşlıq, daimi və ya müvəqqəti yaşamaq icazəsinin verilməsi qadağan edilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Rusiya Dövlət Duması tərəfindən qəbul edilən yeni qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, üzərində götürülməmiş və ya tam ödənilməmiş məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsindən imtina ediləcək. Eyni zamanda belə şəxslərə müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşayış icazəsinin təqdim olunması da mümkün olmayacaq.
Qeyd edək ki, qəbul edilən dəyişikliklər miqrasiya sahəsində nəzarətin gücləndirilməsi və ölkədə hüquqi qaydaların daha da sərtləşdirilməsi məqsədi daşıyır.
