İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.
Görüş zamanı Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri, həmçinin iki ölkə arasında nəqliyyat və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər quru, hava və dəmir yolu marşrutlarının inkişafının Bakı-Tehran əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsi, eləcə də mövcud imkanlardan səmərəli istifadə ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin də görüşü keçirilib.
