By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Ukraynanın baş prokuroru vəzifəsindən uzaqlaşdırıldı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Ukraynanın baş prokuroru vəzifəsindən uzaqlaşdırıldı
Dünya

Ukraynanın baş prokuroru vəzifəsindən uzaqlaşdırıldı

Lamiyə Turqay
Last updated: Sentyabr 15, 2026 1:59 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Ukrayna Ali Radası Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən kənarlaşdırılmasını dəstəkləyib.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Kravçenkonun vəzifədən azad olunması ilə bağlı qərarın lehinə 317 deputat səs verib. Qərarın əleyhinə səs verən olmayıb.

Səsvermədən əvvəl Kravçenko özünün “Telegram” kanalında deputatlara təzyiq göstərildiyini iddia edib və qanunvericiləri qərarlarını müstəqil şəkildə qəbul etməyə çağırıb.

Kravçenko 2025-ci ilin iyun ayından Ukraynanın baş prokuroru vəzifəsində çalışırdı. O, Prezident Volodimir Zelenskinin dövründə bu vəzifəyə təyin edilən dördüncü şəxs olub.

Hadisələr sentyabrın əvvəlində Ukraynanın Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun keçirdiyi əməliyyatla daha da gündəmə gəlib. Hüquq-mühafizə orqanları Baş Prokurorluğun struktur bölmələrindən birinin rəhbər müavininin başçılıq etdiyi cinayətkar təşkilatın fəaliyyətinin ifşa edildiyini açıqlayıb.

İstintaqın məlumatına görə, həmin təşkilat dələduzluq fəaliyyəti göstərən çağrı mərkəzlərinə himayədarlıq edib və əldə olunan vəsaitlərin leqallaşdırılması ilə məşğul olub. Əməliyyat çərçivəsində Kravçenko ilə bağlı da axtarış tədbirləri keçirilib.

Sentyabrın 7-də Kravçenko istefa ərizəsi yazdığını açıqlayıb.

Sentyabrın 14-də isə o, Ukraynadan xidməti ezamiyyətə getdiyini bildirib. Həmin gün baş prokuror NABU direktoru Semyon Krivonos və SAP rəhbəri Aleksandr Klimenkoya yaxın olduğu bildirilən şəxs barəsində ittiham aktını imzalayıb.

Ukrayna mediasının yazdığına görə, bundan sonra Prezident Volodimir Zelenski Kravçenkonun istefası ilə bağlı qərarı Ali Radaya təqdim edib. Daha sonra dövlət başçısı hərbi vəziyyət çərçivəsində ona verilən səlahiyyətlərdən istifadə edərək Kravçenkonu baş prokuror vəzifəsindən kənarlaşdırıb.

Rəqəmsal səyyahların Azərbaycanda yaşaması ilə bağlı yeni qaydalar
SOCAR və Technip Energies arasında yeni əməkdaşlıq
Ərdoğan İlham Əliyevə zəng edib
Qətərdə dondurulan İran vəsaitlərinin 6 milyard dolları blokdan çıxarılır
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
Share This Article
Facebook Email Print
Previous Article Xırdalanda fərdi yaşayış evində qumbara partlayıb, ölən var
Next Article Yardımlı İcra Hakimiyyətində korrupsiya işi: yeni həbslər
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?