By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: 220 km/saatla ölümə sürüş: Gəncə qəzasında şok ifadələr
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > 220 km/saatla ölümə sürüş: Gəncə qəzasında şok ifadələr
Hadisə

220 km/saatla ölümə sürüş: Gəncə qəzasında şok ifadələr

Lamiyə Turqay
Last updated: İyul 28, 2026 8:01 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Ötən ilin noyabr ayında Gəncə-Şəmkir yolunun Göygöl ərazisindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəza zamanı “Mercedes GL 550” markalı avtomobili idarə edən 21 yaşlı G.Kərimova barəsində hökm oxunub.

 

İlkin məlumatlarda avtomobili 1990-cı il təvəllüdlü Əhliman Abdi idarə etdiyi bildirilsə də, aparılan araşdırmalar zamanı bunun doğru olmadığı müəyyən edilib.

 

İstintaqla məlum olub ki, hadisə günü Əhliman Abdi, hərbi xidmətdən qısa müddətli məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birlikdə Gəncədə yerləşən “Karizma” restoranında olublar. Daha sonra onlar digər tanış qadınları da məclisə dəvət edərək spirtli içki qəbul ediblər.

 

Gecə saat 02:00 radələrində restoranı tərk edən zaman sərxoş vəziyyətdə olan Əhliman avtomobili idarə etməyi G.Kərimovaya həvalə edib. O, ön sərnişin oturacağında əyləşib, Hikmət və digər sərnişinlər isə arxa oturacaqda yer alıblar.

 

Yolda hərəkət zamanı avtomobillər arasında təhlükəli ötüşmə manevrləri edilib. Nəticədə idarəetmədən çıxan “Mercedes” yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində Əhliman Abdi və Hikmət Vəlizadə hadisə yerində həyatlarını itiriblər.

 

Hadisə zamanı yaralanan sərnişinlərin ifadəsinə görə, Əhliman sürücüdən digər avtomobili keçməyi tələb edib və hətta sükan idarəsinə müdaxilə edib. Bu isə qəzanın baş verməsinə səbəb olub.

 

Məhkəmə araşdırması zamanı məlum olub ki, G.Kərimovanın sürücülük hüququ olmayıb. Onun azyaşlı – 2023-cü il təvəllüdlü bir övladının olduğu da qeyd edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Kərimova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Yevlaxda ov tüfəngindən açılan atəş 64 yaşlı kişinin həyatına son qoydu
YPX əməkdaşları ata və oğulu yanan avtomobildən xilas etdi
Asfalt çökdü, sürücülərə xəbərdarlıq edildi
Fransada istilər can almaqda davam edir: 13 nəfər boğularaq öldü
Şəmkirdə 50 yaşlı kişi su çənindən yıxılaraq ölüb
Share This Article
Facebook Email Print
Previous Article Tom Kruzun qızı atasının soyadından rəsmi şəkildə imtina edib.
Next Article Səfir postunda dəyişiklik: Elçin Hüseynli geri çağırıldı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?