Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri – Zaqatala şəhər sakinləri, 35 yaşlı Vasif Sultanov, 41 yaşlı Səfa Sultanova, 9 yaşlı Ömər Sultanov və 13 yaşlı Ayşə Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada AĞIR QƏZA: bir ailənin 4 üzvü yaralanıb
Şərh edilməmiş
