By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu yazır – Bilal Alarlı haqqında düşündüklərim
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > İlkin Şakiroğlu yazır – Bilal Alarlı haqqında düşündüklərim
Marağlı

İlkin Şakiroğlu yazır – Bilal Alarlı haqqında düşündüklərim

Lamiyə Turqay
Last updated: Sentyabr 8, 2026 1:01 axşam
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Bilal Alarlının adını eşidəndə mənim gözümün qarşısına ilk növbədə bir alim gəlmir, bir şair də gəlmir. Mənim üçün Bilal Alarlı öz torpağının ağrısını, sevincini, yaddaşını özü ilə daşıyan bir ziyalıdır. Alar onun doğulduğu kənddir. Amma illər keçdikcə Alar onun adının bir hissəsinə çevrildi. Bilal Hüseynov deyəndə bir adamı tanıyırsan, Bilal Alarlı deyəndə isə həmin adamın arxasında bir kəndi, bir bölgəni, bir yaddaşı görürsən. Məncə, insanın öz doğulduğu yerə münasibəti onun xarakterindən çox şey deyir. Kimlərsə böyüdükcə doğulduğu yerdən uzaqlaşır, kimlərsə isə uzaqlaşdıqca həmin torpağa daha çox bağlanır. Bilal Alarlının yolu ikinci yoldur. O, ömrünü təkcə yazmağa həsr etmədi. Araşdırdı, topladı, yazdı, öyrətdi. Folklorun arxasınca getdi. İnsanların yaddaşında qalan sözləri topladı. Çünki bilirdi ki, xalqın tarixini yalnız arxivlərdə axtarmaq olmaz. Bir kənd qocası da tarixdir, bir bayatı da tarixdir, nənənin söylədiyi bir əfsanə də tarixdir. Mənim üçün Bilal Alarlının ən böyük xidmətlərindən biri də budur. O, unudulmaq təhlükəsi ilə üz-üzə qalan sözləri yaddaşa qaytarmağa çalışdı. Bu işin qarşılığında nə qədər şöhrət qazanmaq olar, bilmirəm. Amma bunun böyük mənəvi məsuliyyət olduğunu bilirəm. Bilal müəllimin həyatında elə səhifələr də var ki, onları bir neçə cümlə ilə keçmək mümkün deyil. Milli Azadlıq Hərəkatında iştirakı, yaşadığı təqiblər, həbs həyatı onun həyat yolunun ağır tərəfləridir. O illər onun yaddaşında qaldı, yazdıqlarına da öz izini saldı. Zaman dəyişdi. Dövr dəyişdi. Amma insanın yaşadığı ağrı yaddaşdan asanlıqla silinmir. Bəlkə də elə buna görə onun yazılarında həyatın yalnız gözəl tərəfləri yoxdur. Orada insan var, torpaq var, tarix var, itkilər var, mübarizə var. Mən Bilal Alarlını həm də Cənub bölgəsinin söz yaddaşını qoruyan adamlardan biri kimi görürəm. Çünki Bakıda oturub bölgədən danışmaq başqa şeydir, illərlə kənd-kənd gəzib insanların yaddaşında yaşayan sözləri toplamaq tamam başqa. Bu zəhmətdir. Bu səbirdir. Bu, gördüyün işə inanmaqdır. Bu gün Bilal Alarlının 68 yaşı tamam olur. 68 yaş… İnsanın həyatına dönüb baxması üçün kifayət qədər uzun zamandır. Geridə qalan illərə baxanda insan özünə bir sual verir: Mən nə etdim? Bilal müəllimin bu suala cavabı var. Kitabları ilə. Şeirləri ilə. Araşdırmaları ilə. Topladığı folklor nümunələri ilə. Tələbələri ilə. Yazdığı sözlərlə. Məncə, yazı adamı üçün bundan böyük cavab yoxdur. Çünki vaxt gəlir, insanın adı çəkilir və onun haqqında danışanların sayı azalır. Amma yazdıqları qalırsa, həmin adam tamamilə getmir. Bilal Alarlının da sözü qalacaq. Aların adı ilə yazdığı tarix qalacaq. Cənubun yaddaşından topladığı sözlər qalacaq. Özündən sonra qoyduğu ədəbi iz qalacaq. Bu gün mən Bilal müəllimi doğum günü münasibətilə təbrik edərkən ona yalnız can sağlığı arzulamıram. Arzulayıram ki, qələmindən çıxacaq hələ çox söz olsun. Çünki bizim sözə ehtiyacımız var. Xüsusən də öz torpağının sözünü yazan adamlara. Bilal müəllim, doğum gününüz mübarək. 68 yaşınız mübarək olsun. Sizin ömrünüzə ən gözəl təbrik yenə sözünüz olsun.

Usta Veysəl- “Dulusçu” hekayəsi
İlkin Şakiroğlu – Bir ömrün izi
YouTube-da pul qazanmaq asanlaşır: Baxışlar artıq dərhal hesablanacaq
Lamiyə Turqay: Biz cəmiyyətin sürətlə dəyişməsinə nə qədər hazırıq?
Zəncəfilin faydaları və ziyanları nələrdir?
Share This Article
Facebook Email Print
Previous Article Paytaxtda avtoxuliqanlıq edən sürücü 25 sutka həbs edildi
Next Article Əyləncə faciə ilə nəticələndi Şəkidə iki ölü
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?