By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Usta Veysəl- “Dulusçu” hekayəsi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Usta Veysəl- “Dulusçu” hekayəsi
Marağlı

Usta Veysəl- “Dulusçu” hekayəsi

Lamiyə Turqay
Last updated: İyun 22, 2026 8:24 səhər
By Lamiyə Turqay
6 Min Read
Share
SHARE

Dulusçu

Dulusçu özündən ixtiyarsız ayaq saxladı. Hələ də fırlanmaqda olan dulus çarxının tam mərkəzindəki gil topasını sığallayan kobud barmaqlarından gözünü çəkmədən sakit, sakit olduğu qədər də inamlı, amiranə səsi ilə “Mən onu yaradacağam”, – dedi.

Çoxdandır, dulusçunu heyranlıqla izləyən, ən xırda hərəkətini belə gözdən qaçırmamağa çalışan gənc şairi ilan çaldı elə bil. Hövlnak yerindən sıçrayıb iniltili səslə, “Ola bilməz”, – deyərək ayaq üstəcə quruyub qaldı.

Dulusçu gülümsündü. Bu xəfif təbəssüm onun onsuz da işıq saçan mehriban çöhrəsini bir andaca nura boyadı. Sonra dostuna tərəf çevrildi, qayğı dolu həlim səsi ilə, “Niyə… niyə də olmasın ki?”, – deyə soruşdu. Daha sonra sözlərinə azacıq məzəmmət qatdı:

– Olmaya, mənim ustalığıma şübhə eləyirsən?

– Yoox, – gənc şair kəkələdi. – Bu nə sözdür. Yaxşı bilirsən ki, mən sənin, sənin sənətinin,
sənətkarlığının heyranıyam. Əlindən çıxan ən kiçik qabın belə saatlarla tamaşasına durmaqdan doymuram, usanmıram. Amma…

Dulusçu əlini divarboyu taxçalarda sıralanmış biri-birindən gözəl qablara tərəf uzadaraq hədsiz nəzakətlə onsuz da danışmaqda çətinlik çəkən dostunun sözünü kəsdi:

– Bilirəm, şair, – dedi. – Amma bir məsələni unutma: Sən bunları heç bir zaman mənim kimi sevə bilməzsən. Nə qədər istəsən də, bacarmazsan bunu. Unutma ki, düzəltdiyim hər bir əşya mənim övladımdır. Mən onları belə də sevirəm – övladım kimi. Mən onların zəifini, çirkinini ən gözəlindən daha çox sevirəm. Sən bu yaratdıqlarımın heyranısan – bilirəm. Amma bir gün susuzluqdan ürəyin yananda mənim düzəltdiyim kuzədəki bir qurtum su kuzənin özündən daha qiymətli ola bilər sənin üçün.

Gənc şair başını aşağı salıb susdu. Dulusçu araya düşən pərtliyi götürmək üçün bir daha gülümsündü. “Yaxşı, – dedi, – səni narahat edən nədir axı? Niyə mənə onu yaratmaqda mane olmağa çalışırsan?”

– Usta, – deyə gənc şair bu dəfə qətiyyət dolu səslə dilləndi, – sən indiyə kimi yartdıqlarının ən gözəlini, ən mükəmməlini, başqa sözlə desək, özünün şah əsərini yaratmaq fikrindəsən – deyilmi?.. Onu da yaxşı bilirsən ki, gözəl əsər ərsəyə gətirmək üçün gözəl material istifadə olunmalıdır. Sən onu gildən deyil, adi qara palçıqdan düzəltməkdə hələ də israr edirsən. Axı bu mümkün olan iş deyil.

Araya bir anlıq sükut çökdü. Orta boylu su qabında əllərini yaxalayan dulusçu baxışları ilə qabı göstərdi. Öz-özü ilə danışırmış kimi sakit səslə, “Bəli, – dedi, – yapışqan qara palçıqdan və gördüyün bu çirkli sudan”.

Dulusçu qalxıb pəncərənin önünə keçdi. Onun azman gövdəsi pəncərədən içəri dolan günəş işığını demək olar, bütünlüklə kəsdi. Sonra qayıdıb yerində oturdu, fikirli-fikirli dilləndi:

– Bilirsənmi, şair, əvvəla hər şey niyyətə bağlıdır. Mən həmişə bu çarxın önünə keçdiyimdə düzəltdiyim əşyanın mükəmməl olmasına çalışmışam. Mən bu gördüklərinə gözlərimin nurunu, ürəyimin odunu, bir sözlə hər şeyimi vermişəm – hər şeyimi. Və elə ona görə də bunlar mənə doğmadır, özümdən yaxındır. Bu mənim iş prinsipimdir. Mən yaratdıqlarım üçün yaşayıram. Nə qədər ki, bu çarx hərlənəcək elə belə də olacaq. Sənin onları sevməyinin də sirri də elə bunda gizlənib. Mən yaratdığım hər bir nəsnəyə ilk öncə sevgimi qatıram. Şairlərin ruhu da sevgidən yoğrulur. Bax səni bu cansız əşyalara bağlayan məhz onların içindəki sevgidir. Bir də diqqət elədinsə, mən “çalışıram” dedim… Yəqin, bilə-bilə ki, həyatda mükəmməl heç nə yoxdur və olmayacaq – yenə bunun üçün çalışıram.

Dulusçu başını aşağı salıb susdu. Bu dəfə araya çökən sükutu gənc şair pozdu:

– Bəs sən, sən mükəmməl deyilsənmi?

– Mən sənə görə mükəmməl ola bilərəm. Sən məni idealın da seçə bilərsən. Amma hamını bu cür düşünməyə vadar edə bilməzsən. Bilirsənmi, həyatda mütləq gözəl, mütləq çirkin, yaxud yaxşı pis deyə bir şey yoxdur. Nəyin necə olmasının qərarını biz veririk, bizim baxışlarımız verir. Sən özündə heç bir şey bitirməyən sarı gili qara palçıqdan üstün tuta bilərsən. Amma bir başqası bunun əksini düşünə bilər.

– Səni gözəl anlayıram, dostum, – gənc şair dözmədi. Sadəcə bir məsələ ilə razılaşa bilmirəm. Hayana dönsə, çirkab çirkabdır – bunu etiraf edək. Sənin yaradacağın şah əsərin mayasının çirkab olacağını düşünəndə dəli oluram. Bu ağlasığmasdır.

– Sən baharı, günəşi çox sevirsən, deyilmi? – dulusçu yenə gülümsündü. Yəqin, o sevimli günəşinin mayasında od dayandığından xəbərin var. O od ki, yaxınına gedə bilsən, səni külə döndərər. O od ki, baxa bilsən, gözlərini tökər… Yapışqan qara palçığın, çirkli suyun heç də yaxşı bir şey olmadığını mən də bilirəm – narahat olma. Mənim yaradacağım əvəzsiz əsər yalnız bunlardan ibarət olmayacaq. Onu kainatın ən gözəl neməti ilə bəzəmək fikrindəyəm.

– Necə? Nə ilə? – gənc şair özünü saxlaya bilmədi.

– Sənin ruhunla. Şair ruhundan, şair nəfəsindən pak, təmiz bir şey tanımıram mən. Qoy bu ulu ruh içindəki çirkabla döyüşsün, mübarizə aparsın. Pislikləri üzə çıxmağa qoymasın… Bunun asan olmayacağını yaxşı bilirəm. Amma nə zamansa bu ruhun içindəki çirkab üzərində tam qələbə çalacağına əminəm, mənim şairim!

Dünya ölkələrinin elmi göstəricilər üzrə qlobal reytinqi açıqlanıb
Nüvə saatı inqilabı: Alimlər zaman ölçməsində rekord dəqiqliyə yaxınlaşdı
İlkin Şakiroğlu yazır: “Bu ölkə onu sağ ikən itirdi”
İlkin Şakiroğlu yazır: “Dost seçimi taleyi formalaşdıran görünməz gücdür”
“Limonun orqanizmə 7 mühüm faydası”.
Share This Article
Facebook Email Print
Previous Article Faiq Şahbazlıya yeni vəzifə verilib
Next Article Bir sıra çimərliklərdə çimməyə müvəqqəti məhdudiyyət qoyulub
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?