ilkinxeber.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının mürəkkəb relyefə malik meşəlik ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.
Keçirilən tədbirlər nəticəsində ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
