İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 19 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Əfv olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, İsrail, Fransa və Pakistan vətəndaşları da var.
Bundan başqa, İmişli Rayon Məhkəməsinin 10 mart 2026-cı il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Əziz İman oğlu Dadaşov da cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Sərəncamda əfv olunan şəxslərin adları və onların məhkum edildiyi məhkəmə qərarlarının tarixləri də qeyd olunub.
Aydəmirov Cəsarət Səfərqulu oğlu
Bağırov Elşən Malik oğlu
Balabəyov Fikrət Əlibəy oğlu
Bayramov Hikmət Abduləli oğlu
Beybudlu Xəyal Nemət oğlu
Demir Mehmet
Əliyev Maarif Eldar oğlu
Kərimov Sahil Aqil oğlu
Qasımov Rəfail Güloğlan oğlu
Mikhayılov Kirill Vladimiroviç
Muradov Qurban Sultan oğlu
Musayev Cəlal İlham oğlu
Özdemir Salih
Rəhimov İqbal Əliabas oğlu
Rüstəmov Elman Yaşılxan oğlu
Ryan Martin Riçard
Sabir Sonia
Süleymanov Sürət Nemət oğlu
Süleymanzadə İlqar Vüqar oğlu
