General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidliyindən 6 il keçir
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçiləri – general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı ön xəttdə şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.
Onların göstərdiyi igidlik və vətənpərvərlik Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, xalqımız bu gün də qəhrəman şəhidlərini dərin hörmət və ehtiramla yad edir.
