Biləsuvar rayonunun Zəhmətabad kəndində aramsız yağışlar nəticəsində 50-yə yaxın ev və həyətyanı sahə zərər görüb.
Mayın 22-dən başlayan güclü yağışlar qısa müddətdə intensivləşərək kənddə su basqınlarına səbəb olub. Bir sıra evlərə su dolub, həyətlərdə ciddi ziyan yaranıb və sakinlər çətin vəziyyətlə üzləşiblər.
Sakinlərdən biri bildirib ki, yağışın qəfil güclənməsi kənddə təşviş yaradıb: “Elə bildik vəziyyət daha da pisləşəcək. Evlərimiz kərpicdəndir, uçma təhlükəsi var idi, damlar da zədələnib.”
Hazırda ziyanın miqyası araşdırılır və ərazidə vəziyyətin bərpası istiqamətində tədbirlərin görüləcəyi bildirilir.
