Salyanda çətənə plantasiyası aşkarlanıb, bir nəfər saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.
Onun yaşadığı evə və həyətyanı sahəyə baxış zamanı xüsusi qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb və götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
