İLKİNxeber.az xəbər verir ki, Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı bu il ölkəmizdə iyunun 16-da başlayacaq. İslam aləmində xüsusi əhəmiyyət daşıyan bu ayın ən mühüm günlərindən biri olan Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
Məhərrəm ayının başa çatmasından sonra Hicri təqvimin ikinci ayı olan Səfər ayı iyulun 15-dən etibarən başlayacaq. Səfər ayının da təxminən bir ay davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Məhərrəm ayı İslam tarixində mühüm hadisələrlə yadda qalıb və müsəlmanlar tərəfindən hüzn, ibadət və mənəvi dəyərlərin ön plana çıxdığı bir dövr kimi qəbul edilir.
