Milli Məclisdə diplomatik xidmət əməkdaşlarına dair qanunvericiliyə təklif edilən dəyişiklik üçüncü oxunuşda təsdiqlənib.
İlkinxeber.az xəbər verir ki, dəyişikliyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması səbəbindən diplomatik xidmətdə fəaliyyətinə xitam verilən əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödəniləcək.
