Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ilkinxeber.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.
