İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov minalardan təmizlənməmiş ərazidə buldozer idarə edərkən nəqliyyat vasitəsi minaya düşüb.
Partlayış nəticəsində Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara bir daha mina təhlükəsi olan ərazilərə daxil olmamağı, təhlükəsizlik nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı və çəpərlənən ərazilərə müdaxilə etməməyi tövsiyə edib.
