Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (MRX) nevropatoloq olmaması ilə bağlı iddialar sosial narahatlıq yaradıb.
Məlumata görə, Azərbaycanın ən iri rayonlarından biri olan Cəlilabadda əsas tibbi ixtisaslardan sayılan nevroloji xidmətin olmaması və ya bu sahədə kadr çatışmazlığı ciddi suallar doğurur.
İddialar yerli əhali arasında narazılıqla qarşılanıb və vətəndaşlar ixtisaslı həkim xidmətlərinə çıxışın məhdud olmasından şikayətlənirlər.
Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.
İLKİNxeber.az olaraq mövzunu diqqətdə saxlayacaq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında kadr təminatı və nevroloji xidmətlərin vəziyyəti ilə bağlı araşdırmaları davam etdirəcəyik.
