Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.
Saxlanılan şəxslər arasında Aysel və Xalidə adlı qadın əməkdaşların da olduğu bildirilir.
İlkin məlumata əsasən, saxlanılan şəxslərdən birinin izahatı alındıqdan sonra sərbəst buraxıldığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır. :::
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində korrupsiya əməliyyatı
Şərh edilməmiş
