İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələrin yekunlarına dair yayılan məlumatda bildirilib.
Məlumata əsasən, görüş zamanı Estoniya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətə başlaması məmnunluqla qarşılanıb. Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Qeyd olunub ki, səfirliyin fəaliyyətə başlaması Azərbaycan ilə Estoniya arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Estoniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başladı
Şərh edilməmiş
