Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
İlkinxeber.az xəbər verir ki, dövlət başçısı paylaşımında bu əlamətdar günün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Paylaşımda qeyd olunub:
“15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.”
Qeyd edək ki, Milli Qurtuluş Günü ölkəmizin tarixində dönüş nöqtəsi hesab olunur və hər il geniş şəkildə qeyd edilir.
