Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, fərmanla “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.
Sənədə əsasən, sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operator funksiyalarını isə həmin qurumun tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi həyata keçirəcək.
Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.
