By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycanda istilik qurğularının istismar qaydaları təsdiqlənib
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Azərbaycanda istilik qurğularının istismar qaydaları təsdiqlənib
Ölkə

Azərbaycanda istilik qurğularının istismar qaydaları təsdiqlənib

Lamiyə Turqay
Last updated: Avqust 19, 2026 7:21 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Energetika Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən sənəd istilik təchizatı sahəsində qurğuların təhlükəsiz və texniki tələblərə uyğun istismarını tənzimləyir.
Qaydalara əsasən, müəyyən güc və temperatur hədlərinə malik istilik enerjisi istehsal edən qurğular, buxar və su istilik sistemləri, nasos stansiyaları, həmçinin kondensatın toplanması və qaytarılması sistemlərinin istismarına dair tələblər müəyyənləşdirilib.
Sənəd fərdi istilik sistemlərinə, istilik elektrik stansiyalarına, eləcə də dəniz və çay gəmilərində, dəmir yolu və avtomobil nəqliyyatında istifadə olunan qurğulara şamil edilmir.
Qaydalara görə, istilik qurğularına yalnız müvafiq hazırlıq keçmiş və ixtisas dərəcəsinə malik heyət xidmət göstərməlidir. Qurğuların sahibi və ya istismarçısı lazımi ixtisaslı işçi heyətinə malik olmalı, yaxud bu sahə üzrə ixtisaslaşmış podratçı cəlb etməlidir.
İstilik qurğularının isti hissələri, boruları, çənləri və yanıq riski yaradan digər elementləri istilik izolyasiyası ilə təmin edilməlidir. Qurğuların elektrik avadanlıqlarının quraşdırılması və istismarı isə müvafiq təhlükəsizlik və texniki istismar qaydalarına uyğun həyata keçirilməlidir.
İstilik qurğuları fəaliyyət göstərdikləri istilik təchizatı subyektlərində qeydiyyata alınacaq. Qaydaların tələblərinə əməl olunmasına və yanacaq-enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarəti Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirəcək.
Bundan əlavə, istilik təsərrüfatına cavabdeh şəxs əməyin mühafizəsi üzrə bilik yoxlanışından keçdikdən sonra istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə təyin ediləcək.
Yeni qaydalar istilik qurğularının təhlükəsiz, səmərəli və müəyyən edilmiş texniki standartlara uyğun istismarının təmin edilməsinə yönəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının rəsmi açılış mərasimində iştirak edib.
Prezident elektron siqaretlərlə bağlı qanunu təsdiqlədi
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
“Həzi Aslanov–İçərişəhər” istiqamətində birbaşa hərəkət bərpa edildi
Bu lampaların satışı dayandırıldı
Share This Article
Facebook Email Print
Previous Article Birinci Qarabağ müharibəsinin daha 5 itkin şəhidi dəfn olunacaq
Next Article Ağdamda qəbir qazılarkən hərbi sursat aşkarlanıb
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?