Bu ilin ilk 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz, yəni 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
2026-cı il 1 iyun tarixinə olan məlumata əsasən, pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 594 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib.
Yanvar və may ayları ərzində 19 min, 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
