Ukraynanın Xmelnitski vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki hərbçi həyatını itirib.
İLKİNxeber.az xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında baş verib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci Taktiki Aviasiya Briqadasına məxsus “Su 24M” cəbhə bombardmançı təyyarəsi döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin pilotu, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.
Hadisə yerində xilasedici qüvvələr və hüquq mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
İlkin məlumata əsasən, hadisə zamanı mülki şəxslər arasında xəsarət alan olmayıb.
