Azərbaycan millisinin futbolçusu Rumıniya klubunda çıxış edəcək
İLKİNxeber.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov karyerasında yeni səhifə açıb.
Gənc futbolçu Bolqarıstan təmsilçisi FC Arda Kardzhali ilə vidalaşaraq Rumıniyanın FC Petrolul Ploiești klubuna transfer olunub.
Klub rəhbərliyi 23 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalandığını rəsmi şəkildə təsdiqləyib.
Qeyd edək ki, Hüseynov ötən mövsüm 39 qarşılaşmada meydana çıxaraq sabit çıxışı ilə diqqət çə kib.
