Gəncə şəhərinin Məhsəti qəsəbəsində iki nəfər arasında yaranan mübahisə davaya çevrilib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə nəticəsində 1990 il təvəllüdlü Elvin Alıyev və 1981 il təvəllüdlü Azər Ələsgərov xəsarət alıblar.
Məlumata əsasən, tərəflər arasında baş verən mübahisə sonradan əlbəyaxa davaya keçib və hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, insident istixananın suvarılması məsələsi ilə bağlı yaranıb.
Gəncədə istixana suvarması üstündə dava: iki nəfər xəsarət aldı
Şərh edilməmiş
