Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
ilkinxeber.az xəbər verir ki, hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində baş verib.
Məlumata görə, 1985 ci il təvəllüdlü rayon sakini Amid Əsgərov minik avtomobilinin vurması nəticəsində ağır xəsarətlər alıb. O, hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
