By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Ölkə

Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib

Lamiyə Turqay
Last updated: İyun 18, 2026 7:13 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən sammitdə Prezidentin müraciətini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.

Dövlət başçısı müraciətində sammit iştirakçılarını salamlayaraq bildirib ki, tədbirin 18 İyun – Azərbaycanda İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu tarix Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə insan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının təsdiq edildiyi gün kimi tarixə düşüb.

Prezident vurğulayıb ki, müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqları sahəsində yeni çağırışlar və prioritetlər formalaşdırır. Azərbaycan bu prosesdə texnoloji tərəqqinin insan amilinə xidmət etməsini əsas prinsip kimi qəbul edir.

Müraciətdə qeyd olunub ki, ölkədə süni intellekt və innovativ texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplərlə tətbiqi istiqamətində mühüm addımlar atılır. Bu sahədə qəbul edilən hüquqi sənədlər və strateji proqramlar inklüziv inkişafı və rəqəmsal transformasiyanı təşviq edir.

Eyni zamanda, Azərbaycanın yeni rəqəmsal arxitektura təşəbbüsləri, dövlət idarəçiliyində süni intellektin tətbiqi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişafı ölkənin müasir çağırışlara uyğun strateji yanaşmasını əks etdirir.

Prezident müraciətində Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını da xatırladaraq, bu tədbirin dayanıqlı inkişaf və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlığa töhfə verdiyini qeyd edib.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin innovativ inkişaf modeli kimi önəm daşıdığı vurğulanıb.

Dövlət başçısı sonda bildirib ki, ombudsman institutları yeni texnoloji dövrdə insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır və Bakı Sammitinin bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə ciddi töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev sammit iştirakçılarına uğurlar arzulayıb.

Prezident İlham Əliyev ixtisar olunan dövlət qulluqçularının yeni vəzifələrə təyin olunması ilə bağlı sərəncam imzalayıb
Milli Məclisin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək
Taxıl biçinində yanğın təhlükəsinə qarşı xəbərdarlıq edildi
Azərbaycan Türkmənistana “Dostluq” tankerini hədiyyə etdi:
Binədə internet kabeli üstündə qanlı mübahisə
Share This Article
Facebook Email Print
Previous Article Yardımlıda 6500 ədəd narkotik tərkibli bitki məhv olundu
Next Article Moskva son iki ilin ən genişmiqyaslı dron hücumu ilə üzləşib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?