Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb. Rayonun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən gözlənilmədən elektrik enerjisinin verilməsi nəticəsində cərəyan vurmasına məruz qalıb.
Ağır xəsarətlər alan montyor hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
