İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Niləşə kəndi ərazisində qeydə alınıb. Kənd sakini Tərlan Sənham oğlu Eyvazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq hündürlükdən dərəyə aşıb.
Qəza zamanı sürücü T. Eyvazov hadisə yerində həyatını itirib. Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan A. Rzayev reanimasiya şöbəsinə yerləşdirilib, digər yaralıların müalicəsi isə davam etdirilir.
