Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı istiqamətində növbəti mühüm təmas baş tutub.
İLKİNxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, qarşılıqlı maraq doğuran məsələlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş barədə məlumat Azərbaycan Prezidentinin Mətbuat Xidməti tərəfindən açıqlanıb.
